SON XƏBƏRLƏR

"İran iqtisadiyyatı dalana dirənib"-Ekspert hökuməti "xəstə qoca"ya bənzətdi

2023.05.27, 12:42
"İran iqtisadiyyatı dalana dirənib"-Ekspert hökuməti "xəstə qoca"ya bənzətdi

Gunaz.tv

“Yalnız ən ağılsız hökumətlər bu duruma düşə bilər”-deyə Renani bildirib.

Möhsün Renani deyib ki, İran iqtisadiyyatı xaotik və naşı idarə olunduğundan artıq iqtisadi strategiyaların faydası yoxdur.

O, özünün "teleqram" kanalında hökuməti “qoca, beyin xəstəliyinə tutulanlar"a oxşadıb.

"Onlar özlərini yeniləyə və müasirləşdirə bilmirlər. 

Gənclərin tələb etdiyi dəyişikliklərin qarşısını almaqda da acizdirlər”-deyə Rənani hökumət başçılarının çıxılmaz durumda olduğunu deyib.

O, İran iqtisadiyyatının elmlə idarə olunmadığını bildirib:

“Bu səbəblərdən hökumət iqtisadiyyat sahəsində hər hansı tədbir görürsə-görsün vəziyyət daha da pisləşəcək” -deyə iqtisadçi bildirib. 

Qeyd edək ki, Möhsün Renani dəfələrlə hökumətin iqtisadi siyasətini tənqid edib.

“Başlanmış hərəkat cəmiyyəti İran tarixində ən geniş mədəni inqilaba sürükləyib və hökumət çarəsiz vəziyyətdədir”-deyə, o, ötən il bildirmişdi.

Taymaz

Açar Sözlər :

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar