SON XƏBƏRLƏR

Beynəlxalq Əfv Təşkilatı iranlı terrorçunun azad edilməsini pislədi

2023.05.27, 11:34
Beynəlxalq Əfv Təşkilatı iranlı terrorçunun azad edilməsini pislədi

Gunaz.tv

Xatırladaq ki, dünən, mayın 26-sı İranda belçikalı bir məhbusla mübadilə olunmuş Əsədulla Əsədi İranın Vyanadakı səfirliyinin üçüncü katibi olub. 

O, bir toplantıya bomba yerləşdirmə əməliyyatında iştirak ittihamı ilə 2020-ci ilin noyabrın 27-də saxlanılmış, Belçika məhkəməsi onun barəsində 20 il müddətinə azadlıqdan məhrumetmə cəzası çıxarmışdı.

“Belçikanın bu hərəkəti ilə İran rejimində terror aktlarına görə cəzasız qalacağına arxayınlıq yaradır.

Bu qərar  terror aktlarında zərəçəkənlərin də hüquqlarını pozur.

Belə bir məhbus mübadiləsi İran rəsmilərini insanları girov götürməyə və sair cinayətləri törətməyə həvəsləndirəcək”- Beynəlxalq Əfv Təşkilatı bəyan edib.

Təşkilat bildirib ki, dünya ictimaiyyəti, o cümlədən Belçika dövləti edamlar və qanunsuz əməllərə görə öz beynəlxalq ödəliklərinə əməl etməyənə qədər xaricdə yaşayan iranlı müxaliflər İran əlaltıları tərəfindən daha çox həmlələrə məruz qalacaqlar.

Xatıradaq ki, Belçika Əsədulla Əsədiyə 20 il həbs cəzası kəsərkən zəmanət vermişdi ki, onu İranda heç bir Qərb məhbusu ilə müdabilə etməyəcək.

Lakin belçikalı məhbusla Əsədulla Əsədinin mübadilə olunması ilə bu zəmanəti pozan Brüssel dünya ictimaiyyətinin qınağına məruz qalıb. 

Taymaz

Açar Sözlər :

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar