SON XƏBƏRLƏR

İranda öldürülən etirazçıların sayı açıqlanıb

2022.11.30, 15:25
İranda öldürülən etirazçıların sayı açıqlanıb

Gunaz.tv

İran İnsan Haqları Təşkilatının noyabrın 30-u səhər satlarına yaydığı məlumatda 17 sentyabrdan 29 noyabr axşam saatlarına kimi İranda davam edən etiraz nümayişlərində 64-ü uşaq olmaqla 455 nəfərin hökumət məmurları tərəfindən öldürüldüyünü bildirib.

Bununla yanaşı məlumatda 18185 nəfərin saxlanıldığı, onlardan 3418-ün kimliyi və harada saxlanıldığının dəqiqləşdirildiyi və bunlardan 576 nəfərinin öyrənci olduğu qeyd edilib.

Həmçinin bu müddət ərzində 157 şəhərdə etirazçılar İranın idarəetmə sisteminə qarşı nümayişlər həyata keçirib və 143 universitetin öyrənciləri bu nümayişləri dəstəkləyiblər.

Timur

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar