İran İnsan Haqları Təşkilatı noyabrın 9-a yaydığı məlumatda 17 sentyabrdan 8 noyabr axşam saatlarına kimi İranda davam edən etiraz nümayişlərində 50-i uşaq olmaqla 328 nəfərin hökumət məmurları tərəfindən öldürüldüyünü bildirib.
Bununla yanaşı məlumatda 14823 nəfərin saxlanıldığı, bunlardan 431 nəfərinin öyrənci olduğu və onlardan 1928-nin kimliyi və harada saxlanıldığının dəqiqləşdirildiyi qeyd edilib.
Həmçinin bu müddət ərzində 137 şəhərdə etirazçılar İranın idarəetmə sisteminə qarşı nümayişlər həyata keçirib və 136 universitetin öyrənciləri bu nümayişləri dəstəkləyiblər.
Timur