İran İnsan Haqları Təşkilatı noyabrın 5-ə yaydığı məlumatda 17 sentyabrdan 4 noyabr axşam saatlarına kimi İranda davam edən etiraz nümayişlərində 47-i uşaq olmaqla 314 nəfərin hökumət məmurları tərəfindən öldürüldüyünü bildirib.
Bununla yanaşı məlumatda 14170 nəfərin saxlanıldığı, bunlardan 392 nəfərinin öyrənci olduğu və onlardan 1768-nin kimliyi və harada saxlanıldığının dəqiqləşdirildiyi qeyd edilib.
Həmçinin bu müddət ərzində 136 şəhərdə etirazçılar İranın idarəetmə sisteminə qarşı nümayişlər həyata keçirib və 134 universitetin öyrənciləri bu nümayişləri dəstəkləyiblər.
Timur