SON XƏBƏRLƏR

İranda üç məhkum edam edilib

2022.07.21, 06:59
İranda üç məhkum edam edilib

Gunaz.tv

İran İnsan Haqları Təşkilatı Qum zindanında edam edilən 32 yaşlı Hamid Sərbəndin adam öldürməkdə ittiham olunduğunu bildirib.

İsfahan zindanında edam edilən 60 yaşlı Daryuş Xəzayi və 28 yaşlı Mahmud Sadiqiyanın isə narkotik maddələrin alverinə görə məhkum edildikləri qeyd olunub.

İran İnsan Haqları Təşkilatı iyulun 1-də yaydığı son hesabatında bu ilin birinci yarısında İranın müxtəlif zindanlarında 251 ölüm hökmünün icra edildiyini, onların çoxunun rəsmi olaraq elan edilmədiyini bildirib.

Timur 

Açar Sözlər :

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar