SON XƏBƏRLƏR

İranda 4 məhkum edam edilib

2022.11.05, 06:17
İranda 4 məhkum edam edilib

Gunaz.tv

İnsan haqları təşkilatlarının verdiyi məlumata görə, İranın Xorasan-i Cənubi əyalətinin Bircənd şəhərinin zindanında 4 məhbus dar ağacından asılaraq edam edilib.

Məhəmməd Xoşhal, Abdullah Tatuzehi, Nurəhməd Tatuzehi və Xosrəvi soy adlı məhkumların hamısı sünni məzhəbli etnik bəlçdurlar.

Bir neçə gün bundan öncə İran İnsan Haqları Təşkilatının yaydığı hesabata görə, 10 oktyabr 2021-ci ildən 7 oktyabr 2022-ci ilə kimi İranda 528 nəfər edam edilib və bu öncəki illə müqayisədə edam saylarının 98 faiz artdığını göstərir.

10 oktyabr Ümumdünya Ölüm Cəzasına Qarşı Mübarizə Günündə yayılan hesabatda İran zindanlarında minlərlə məhkumun edam cəzalarının icra olunacağını gözlədikləri qeyd olunub.

Timur

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar