SON XƏBƏRLƏR

İranda bəhai vətəndaşlara qarşı təzyiqlər davam edir

2022.12.02, 05:55
İranda bəhai vətəndaşlara qarşı təzyiqlər davam edir

Gunaz.tv

Oktyabrın 13-də İran Təhlükəsizlik və Kəşfiyyat Nazirliyinin (ETTELAAT) əməkdaşları fotojurnalist və ətraf mühit fəalı olan Saman Xadimin evinə silahlı basqın edərək onu həbs ediblər.

O və onunla eyni gündə həbs edilən Puya Sərraf da Adelabad həbsxanasına köçürülüb və hər iki bəhai vətəndaşa ittihamları barədə məlumat verilmədən qeyri-müəyyən vəziyyətdə saxlanılırlar.

Rəsmi statistikaya görə, hazırda İranda 350 mindən çox bəhai yaşasa da, İran İslam Respublikasının Ana Yasası bəhai dinini müstəqil bir din kimi tanımır və onlar bütün sahələrdə ayrı-seçkiliklə üzləşirlər.

Timur

Açar Sözlər :

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar