SON XƏBƏRLƏR

İranda daha iki məhbus edam edilib

2022.12.08, 12:18
İranda daha iki məhbus edam edilib

Gunaz.tv

İranın Qum şəhəri və Kərəc şəhərinin Rəcayişəhr zindanlarında iki məhkum dar ağacından asılaraq edam edilib.

İran İnsan Haqları Təşkilatının verdiyi məlumata görə, bundan öncə narkotik maddələrin alverində günahlandırılan məhkum Qum şəhərinin zindanında edam edilib.

Bununla yanaşı Kərəc şəhərinin Rəcayişəhr zindanında da bir məhkumun adam öldürmək ittihamı ilə dar ağacından asıldığı qeyd edilib.

Məlumatda edam edilən şəxslərin kimliyinin hələlik elan olunmadığı bildirilir.

Edam barədə İran məhkəmə sistemi və rəsmi dövlət mediası heç bir məlumat yaymayıb.

Qeyd edək ki, İran İnsan Hüquqları Təşkilatı 2021-ci il oktyabrın 10-dan 2022-ci il oktyabrın 7-dək ölkədə 528 nəfərin edam olunduğunu açıqlamışdı.

Cavidan

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar