SON XƏBƏRLƏR

Ərdəbil mollasından Azərbaycan Respublikasına məsləhət: "Şiəlikdən yetərincə istifadə edilməlidir"

2022.01.21, 09:44
Ərdəbil mollasından Azərbaycan Respublikasına məsləhət: "Şiəlikdən yetərincə istifadə edilməlidir"

Gunaz.tv

O, Azərbaycanda son 30 ildə genişlənmiş şiəliyin sionizmə və onun lobbiçilərinə qarşı qalxan olduğunu iddia edib.

Azərbaycan Respublikasında 10 milyon əhalinin islami potensialından yetərincə istifadə etməyi tövsiyə edən ərdəbilli axund dolayısı yolla Azərbaycan hakimiyyətində dil uzadıb. O, Azərbaycan iqtidarının "zalım olduğuna" işarə edib.

“Şiə kimliyi zalim hakimiyyətlərə qarşı kəskin qılınc rolunu oynayır və bundan zülmün qarşısının alınması üçün istifadə edilməlidir”-deyə, Qasım Cəfərzadə bildirib.

Qasım Cəfərzadə bir müddət bundan öncə Azərbaycan Respublikasında yaşayan şiələrə ideoloji dəstək məqsədi ilə Ərdəbil əyalətində, xüsusilə Aslanduz şəhərində xüsusi idarələrin yaradılmasını tələb etmişdi.

Qeyd edək ki, 2014-cü ilin 17 yanvar tarixində Ərdəbil şəhərinin cümə imamı Seyid Həsən Amili cümə namazındakı çıxışı zamanı 31 dekabr Dünya Azərbaycanlılarının Həmrəylik Gününün keçirilməsinə etiraz edib və 19 yanvar tarixini “Dünya Müsəlman Azəriləri Günü” elan etmişdi.

Bununla bağlı mərasimlərin keçirilməsi, bu istiqamətdə təbliğat aparılması üçün Tehran hökuməti tərəfindən xüsusi büdcə ayrılıb.

Cinayət əməllərinə görə Azərbaycan Respublikasında axtarışda olan şəxslər İran dini mərkəzləri və təhlükəsizlik orqanları tərəfindən bu istiqamətdə fəaliyyətə cəlb olunub olunublar.

C.E   
 

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar