SON XƏBƏRLƏR

120-dən çox Nobel mükafatçısı iranlı etirazçılarla həmrəy olduğunu bildirib

2022.10.04, 16:45
120-dən çox Nobel mükafatçısı iranlı etirazçılarla həmrəy olduğunu bildirib

Gunaz.tv

Onlar İran xalqının cəsur hərəkətlərini dəstəklədiklərini və ədalət, azadlıq və insan haqlarına nail olmaq uğrunda mübarizəyə qoşulduqlarını bəyan ediblər.

Məktubu imzalayan 124 Nobel mükafatçısı İslam Respublikası təhlükəsizlik qüvvələrinin qadınlara və etirazçılara qarşı zorakılığını pisləyib.

Hüquqşünas və Nobel Sülh Mükafatının yeganə iranlı laureatı Şirin Ebadi İranda qadınlara və etirazçılara qarşı bu qəddar hərəkətləri pislədiklərini deyib.

"Nobel mükafatı laureatları olaraq, Məhsa Əmininin ölümünə səbəb olan hərəkətlərin və İranın əxlaq polisi küçə patrulları tərəfindən məcburihicab qanununu tətbiq edən repressiyaların qlobal şəkildə pislənməsinə öz səsimizi əlavə edirik",- deyə, məktubda bildirilib.

Məktubu imzalayanlar həmçinin qadınlara qarşı bütün ayrı-seçkilik qanunlarının aradan qaldırılmasını və hökumətin etirazçılara qarşı zorakılığına son qoyulmasını tələb ediblər.

Onlar məhbusların azad edilməsini və əxlaq polisinin Məhsa Əmini barədə hərəkətləri ilə bağlı şəffaf və müstəqil araşdırma aparılmasını tələb ediblər.

Nobel mükafatı laureatları həmçinin beynəlxalq ictimaiyyətdən İran xalqını dəstəkləməyi və İslam Respublikası hökumətini beynəlxalq insan haqları öhdəliklərinə görə məsuliyyət daşımasını istəyiblər.

Cavidan
 

Açar Sözlər :

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar