SON XƏBƏRLƏR

“20-30 ilə Güney Azərbaycanda ana dilində danışan gənc nəsil tapılmayacaq”-Əhməd Obalı

2022.12.05, 11:52
“20-30 ilə Güney Azərbaycanda ana dilində danışan gənc nəsil tapılmayacaq”-Əhməd Obalı

Gunaz.tv

Əhməd Obalı Güney Azərbaycandakı ana dili qadağası məsələsinə toxunub: "İndi İranda şiəçilik dövləti hökm sürür. Amma onlar həqiqi şiədirlərsə, İslama, onun peyğəmbərinə hörmət etməlidirlər. 

Bizim kimi ərəblərin də İranda ana dilində təhsili qadağan edilib. Əgər biz güneyliləri başqa bir dövlət istila etsəydi, ən azından, ana dilimizə toxunmazdılar. Amma İran toxunur, İran qadağan edir. 

Bu gedişlə 20-30 ilə Güney Azərbaycanda ana dilində danışan gənc nəsil tapılmayacaq. Bu dilin kökünü kəsmək deməkdir, bu, bizim faciəmizdir".

Milli fəal İran-Ermənistan məsələsini də vurğulayıb: "İran üçün dünyada bir qarış Azərbaycan torpağının belə müstəqilliyi qəbuledilməzdir. O səbəbdən, bizim düşmənlərimizə - ermənilərə mümkün yardımları edirlər". (apa)

Ayxan

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar