SON XƏBƏRLƏR

2019-cu il Azərbaycanda “Nəsimi İli” elan edildi

2021.10.20, 07:36
2019-cu il Azərbaycanda “Nəsimi İli” elan edildi

Gunaz.tv

GünAz TV: Prezident İlham Əliyev 2019-cu ili Azərbaycanda “Nəsimi İli” elan edib.

 

Dövlət başçısı bunu Nazirlər Kabinetinin 2018-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında bildirib.

 

Prezident İlham Əliyev böyük Azərbaycan şairi İmadəddin Nəsiminin 650 illik yubileyini nəzərə alaraq bu ili ölkəmizdə “Nəsimi İli” elan etdiyini deyib.

 

Azərbaycanlılar 2019-cu ilin dahi Azərbaycan şairi İmadəddin Nəsiminin şərəfinə və əziz xatirəsinə ehtiram əlaməti olaraq, “Nəsimi İli” elan edilməsini çox müsbət və təqdirəlayiq addım kimi qiymətləndirir.

 

N.S

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar