SON XƏBƏRLƏR

3 gün meşədə ac və susuz qalan yaşlı kişi xilas edilib - Xudafərində

2021.10.20, 07:36
3 gün meşədə ac və susuz qalan yaşlı kişi xilas edilib - Xudafərində

Gunaz.tv

GünAz TV: Azərbaycanlı 80 yaşlı kişi 3 gün meşədə ac və susuz qaldıqdan sonra möcüzəvi şəkildə xilas edilib.

 

Xudafərinin Ulu kəndi sakini olan yaşlı kişi cümə günü qonşu kəndlərin birinə gedərkən yolu azıb və meşənin tam ortasına qədər gedib.

 

Məlumata görə, təcili yardım mərkəzinə məlumat verildikdən sonra 5 nəfərlik qrup bir ambulansla itkin düşən kişinin yardımına gedib. Onlar bir neçə saat axtarışdan sonra onu meşənin ortasında tapıblar. Məlum olub ki, ac və susuz vəziyyətdə olan yaşlı 3 metrlik bir yüksəklikdən yıxılıb və yaralı vəziyyətdədir. Xilasedicilər ilkin yardım göstərdikdən sonra onu Xudafərinin tibb mərkəzinə aparıblar.

 

Bununlada 80 yaşlı kişi iki gecə meşədə qaldıqdan sonra xilas edilib.  

 

Xilaseddicilər onu taparkən həyata ümidini itirmədiyini müşahidə ediblər.

 

 

 

N.S

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar