SON XƏBƏRLƏR

ETTELAAT 3 İsrail casusunun həbs edildiyini iddia edir

2022.08.01, 10:45
ETTELAAT 3 İsrail casusunun həbs edildiyini iddia edir

Gunaz.tv

Bəyanatda saxlanılanmların İsraildə fəaliyyət göstərən "Beytül Ədl" mərkəzi ilə birbaşa əlaqədə olduğu iddia edilir.

ETTELAAT həbs edilənlərin kimliyi barədə məlumat verməyib.

Lakin onların İsraillə əlaqədə olduqları, İranda bütün səviyyələrdə, özəlliklə uşaq bağçalarında təbliğat fəaliyyətİ göstərdikləri bildirilir.

Qeyd edək ki, iyulun 31-də başda Tehran olmaqla bir neçə şəhərdə bəhailərin evlərinə hücum edilib, onların şəxsi əşyaları müsadirə olunub.

Bir neçə bəhai əqidəli vətəndaş həbs edilib.

Tehranda həbs edilən Məhvəş Sabit Şəhriyari və Fəriba Kamalabadi, Kərəcdə saxlanılan Əfif Nəimi bəhai icmasının rəhbərlərindəndir.

Onlar iyulun 31-də saxlanıldıqları üçün ETTELAAT-ın bəyanatının bu şəxslər barədə olduğu ehtimal edilir.

Cavbidan

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar