SON XƏBƏRLƏR

4 ölkə vurulmuş Ukrayna təyyarəsi ilə bağlı birgə bəyanat yaydı: “İranla müzakirə aparmağın xeyri yoxdur” - FOTO

2022.01.07, 12:25
4 ölkə vurulmuş Ukrayna təyyarəsi ilə bağlı birgə bəyanat yaydı: “İranla müzakirə aparmağın xeyri yoxdur” - FOTO

Gunaz.tv

Bəyanatı imzalayan ölkələr bildiriblər ki, onlar artıq məsələ ilə bağlı rəsmi Tehranla apardıqları müzakirələrin nəticə verə biləcəyindən ümidlərini üzüblər.

Biz, “Vurulmuş Ukrayna təyyarəsinin qurbanları üçün Beynəlxalq Reaksiya və Koordinasiya Qrupu” olaraq, rəsmən elan edirik ki, bizim son iki ildə problemin danışıqlar yolu ilə həlli üçün göstərdiyimiz bütün səylərə baxmayaraq, müzakirələr hər hansı bir nəticə verməyib. 

Biz artıq yekdilliklə belə qənaətə gəlmişik ki, bu barədə İranla müzakirə aparmağın xeyri yoxdur. Məhz buna görə də, biz bundan sonra məslənin beynəlxalq qanunlar və məhkəmələr vasitəsi ilə həll olunmasına çalışacağıq”, -deyə Kanada, İsveç, Böyük Britaniya və Ukraynanın yaydığı birgə bəyanatında bildirilir.

Xatırladaq ki, 2020-ci ilin yanvarın 8-də SEPAH terror təşkilatının iki raketlə vurduğu Ukrayna hava yollarına məxsus BOEİNG-752 təyyarəsində olan 176 sərnişinin hamısı həlak olub.

Bundan sonra rəsmi Tehran məsələni ört-basdır etməyə, təyyarənin texniki nasazlıq səbəbindən qəzaya uğradığını deməyə çalışsa da, beynəlxalq təzyiqlər nəticəsində hava gəmisinin SEPAH terror təşkilatı tərəfindən vurulduğunu qəbul etməyə məcbur olub. 

Təyyarə qurbanlarının əksəriyyəti Kanada və Ukrayna vətəndaşlarıdır. Belə ki, hadisə qurbanlarının 55 nəfəri Kanada, qalanları isə Ukrayna, İsveç, Britaniya, Almaniya və Əfqanıstan vətəndaşlarıdır. 

Qeyd edək ki, “Vurulmuş Ukrayna təyyarəsinin qurbanları üçün Beynəlxalq Reaksiya və Koordinasiya Qrupu” çərçivəsində birgə əməkdaşlıq aparan dörd ölkə, Kanada, İsveç, Ukrayna və Böyük Britaniya 2021-ci il dekabrın 16-da məsələ ilə bağlı birgə bəyanat yaymışdı.

Onlar sərnişin təyyarəsinin vurulması ilə bağlı suallara cavab vermək üçün İrana 2022-ci il yanvarın 5-ə qədər vaxt vermişdilər.

Bəyanatda qeyd edilmişdi ki, İran rejiminə təyyarənin vurulması ilə bağlı suallara cavab verməsi və hadisə qurbanlarının ailələrinə kompensasiya (təzminat) ödəməsi üçün yanvarın 5-ə qədər vaxt verilir və əgər həmin müddətdə rəsmi Tehran problemin həlli istiqamətində əməli addım atmasa, onlar İran və onun rəhbərlərini beynəlxalq məhkəməyə verəcəklər.

اعتراض خانواده‌های قربانیان در تهران در آذرماه گذشته

تجمع خانواده های معترض

gun az article

سرمایه‌هایی که در "پرواز مرگ" سوختند؛ درباره نخبگان ایرانی سقوط هواپیمای  اوکراینی چه می دانیم؟+عکس

Rogue Air Defense Unit Fired On Passenger Plane Without Authorization, Iran  Says : NPR

A.M 

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar