SON XƏBƏRLƏR

400-dən çox təbrizli həkim etirazları yatırmaq üçün tibb müəssisələrindən istifadəni pisləyib

2022.11.03, 09:37
400-dən çox təbrizli həkim etirazları yatırmaq üçün tibb müəssisələrindən istifadəni pisləyib

Gunaz.tv

432 həkim və əczaçının imzaladığı məktubda hakimiyyət etirazçılara qarşı təmkinli davranmağa, narazıların səslərini eşitməyə və repressiyalara son qoymağa çağrılıb.

Təbrizli həkimlər problemlərin həlli, qan və qırğın yerinə əmn-amanlığın bərqərar edilməsinin əsas şərtlərindən birinin insan həyatına hörmət və etirazçıların səslərinin eşidilməsində olduğunu bildiriblər.

"Xəstəxanaların və tibb mərkəzlərinin mühiti təhlükəsiz olmalıdır və biz etirazçıları susdurmaq üçün tibb ictimaiyyətinin imkanlarından və nüfuzundan istənilən istifadəni pisləyirik",- deyə, həkimlərin bəyanatında bildirilib.

Qeyd edək ki, oktyabrın 26-da hökumət məmurlarının Səhiyyə Nazirliyinin imkanlarından, o cümlədən ambulanslardan repressiyaları həyata keçirmək üçün istifadə etdiklərinə, yaralıların müalicəsinə imkan verilmədiyinə görə, Tehranda İran Səhiyyə Nazirliyi qarşısında etiraz aksiyası keçirilmişdi.

Aksiyada iştirak edən zənganlı cərrah Pərisa Bəhməni hökumət qüvvələrinin açdığı atəş nəticəsində həyatını itirib.

Cavidan

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar