SON XƏBƏRLƏR

“44 gündə Qarabağı azad etdik, bu dəfə Qarabağda talanan sərvətlərimizi xilas edəcəyik”-QHT sədri

2022.12.23, 21:26
“44 gündə Qarabağı azad etdik, bu dəfə Qarabağda talanan sərvətlərimizi xilas edəcəyik”-QHT sədri

Gunaz.tv

Onun sözlərinə görə, belə həssas dönəmlərdə milli həmrəyliyə ehtiyac var:

“Aksiyanın ilk günlərində mən də orada olmuşam.

Mənfi 6 dərəcə soyuqda gecə-gündüz aksiya keçirmək asan deyil. Qışın şaxtasına, soyuğuna baxmayaraq eko fəallar geri çəkilmir, Azərbaycan haqq işini dünyaya car çəkirlər. İsti otaqda klaviatura qarşısında onları gözdən salan nəsə yazmaq sadəcə vicdansızlıqdır”. 

2e7vZ3S.jpg
Bakıda keçirilən icazəsiz aksiyadan danışan QHT sədri bildirib ki, bu kimi təşəbbüslər milli maraqlarımıza zərbə vurur:

“Dünən Bakıda siyasi fəal Bəxtiyar Hacıyevin müdafisə məqsədi ilə bir qrup şəxs icazəsiz etiraz aksiyası keçirib. Bu adamlar kimə xidmət edir? Müşahidə edirəm, bu icazəsiz aksiyaya dəstək verənlər Laçın-Xankəndi yolunda keçirilən aksiyaya kölgə salanlardır.

Bu gün Azərbaycan ərazi bütövlüyünün taleyi Laçın-Xankəndi yolunda həll olunur, Bakının küçələrində deyil. Görünür Azərbaycan vətəndaş cəmiyyətinin görünməmiş dirənişi düşmənləri narahat edir. 

Onalr milli birliyimizi parçalamaq istəyirlıər. Lakin buna nail ola bilməyəcəklər. 44 günlük savaşdan sonra yeni bir Azərbaycan xalqı doğulub.

Döyüş meydanında qalib gəldik, dinc dirəniş hərəktımız da zəfərlə bitəcək. 44 gündə Azərbaycanın işğalda olan ərazilərini azad etdik, bu dəfə Qarabağda talanan sərvətlərimizi xilas edəcəyik”. 

Ayxan
 

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar