SON XƏBƏRLƏR

Bəzz yürüşünə hazırlaşan milli fəallara təzyiq edilir

2022.07.01, 04:08
Bəzz yürüşünə hazırlaşan milli fəallara təzyiq edilir

Gunaz.tv

Təhlükəsizlik məmurları milli-mədəni fəallara bildirib ki, qurultaya qatılacaqları təqdirdə həbs olunacaqlar.

Güneyli sosial-media istifadəçilərinin paylaşımlarından onlarla fəala zəng edildiyi, təşkilatçılıqda şübhəli bilinənlərə dindirilmək üçün çağırış göndərildiyi bəlli olur.

Qeyd edək ki, bundan öncə Təbriz, Sulduz, Urmu, Ocan, Ərdəbil və başqa şəhərlərdə milli fəalların Bəzz qalasında keçiriləcək Babək qurultayına çağırışla bağlı afişalar yaymasından sonra bir neçə nəfər təhlükəsizlik idarələrinə çağrılaraq dindirilib.

Bir neçə fəal isə heç bir ittiham irəli sürülmədən həbs edilib.

Timur
 

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar