SON XƏBƏRLƏR

Güney Azərbaycanda nümayişlərə çağırış edilib

2022.11.02, 06:25
Güney Azərbaycanda nümayişlərə çağırış edilib

Gunaz.tv

Noyabrın 1-dən başlayaraq Güney Azərbaycan şəhərlərində minlərlə afişa və vərəqələr yayılaraq etiraz nümayişlərinə çağırış edilib.

"Azərbaycanın böyük qiyamına və şərəf inqilabına hazırlıq" başlığı altında yayılan çağırışlarda xalq noyabrın 3-də Tehran və Kərəc şəhərləri də daxil olmaqla ümumi nümayişlərə dəvət edilib.

Nümayişlərdə "Azadlıq, Ədalət, Milli hökumət", "Azərbaycan qızları, azadlıq ulduzları", "Azərbaycan diyarımız, demokrasi şüarımız" kimi şüarların səsləndirilməsi tövsiyə edilib.

Çağırışda azərbaycanlılardan, özəlliklə gənclərdən qeyd olunan tarixdə şəhərlərin mərkəzi küçə və meydanlarına toplaşmaları istənilib.

Timur

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar