SON XƏBƏRLƏR

Həmədanlı türk idmançı ölkə çempionatında birinci yeri tutub

2022.01.29, 08:57
Həmədanlı türk idmançı ölkə çempionatında birinci yeri tutub

Gunaz.tv

Zahra Abutalibiyanın sözlərinə görə, əyalətin idman fenomenlərindən biri olan Şima Səfayi ölkənin müxtəlif əyalətlərindən olan seçilmiş 100 idmançının iştirakı ilə İsfahan şəhərində keçirilən stolüstü tennis yarışlarında birinci yeri tutub. 

Abutalibiyanın dediyinə görə, həmədanlı xanım idmançı final qarşılaşmasında rəqibi Məryəm Fərini 4-0 hesabı ilə məğlub edərək qızıl medal qazanıb. 

Qeyd edək ki, həmədanlı idmançı bundan öncə yerli və xarici yarışlarda yeniyetmələr, gənclər, və böyüklər yaş kateqoriyalarında dəfələrlə birinci yeri tutub.

C.E
 

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar