SON XƏBƏRLƏR

Qərbi Azərbaycan bəndlərində suyun həcmi azalıb

2022.03.25, 12:44
Qərbi Azərbaycan bəndlərində suyun həcmi azalıb

Gunaz.tv

Məcid Dəstqahi hal-hazırda əyalətin su anbarlarında mövcud olan su həcminin 11554 milyon kubmetr olduğunu deyib.

“Son həftələrin yağıntılarına baxmayaraq bu göstərici ötən ilin oxşar dövrü ilə müqayisədə 9 faiz azdır”-deyə, o bildirib.

Bir neçə gün bundan öncə Qərbi Azərbaycan valisinin abadlıq işləri üzrə müavini Yasir Rəhbərdin su qıtlığının şiddətlənəcəyi barədə xəbərdarlıq edib.

O, son vaxtlar ötən ilin eyni dövrü ilə müqayisədə yağıntıların miqdarında nisbi çoxalmanın qeydə alınmasına baxmayaraq, su bəndlərindəki 25 faizlik su azlığının aradan qaldırılmasının mümkün olmadığını söyləyib.

“Su qıtlığı ucbatından su israfına səbəb olan bir sıra kənd təsərrüfatı məhsullarının əkinini azaltmaq barədə düşünürük”-deyə, Rəhbərdin bildirib.

Cavidan
 

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar