SON XƏBƏRLƏR

SEPAH iki iranlı-britaniyalı jurnalisti öldürmək istəyib

2022.11.08, 06:48
SEPAH iki iranlı-britaniyalı jurnalisti öldürmək istəyib

Gunaz.tv

Britaniyanın terrorla mübarizə polisi və antiterror təhlükəsizlik orqanları İran rejimini illərdir “təhlükəli aktyor” kimi tanıyır.

Britaniyanın “Teleqraf” qəzeti Londonda yerləşən İslam Respublikasına bağlı bir terror qrupunun bu yaxınlarda Londonda fəaliyyət göstərən fars dilli telekanalın iki britaniyalı-iranlı jurnalisti öldürməyi planlaşdırdığını yazıb.

Qəzetin məlumatına görə, London Metropoliteninin Terrorla Mübarizə Polisi bu jurnalistlərə xəbərdarlıq edib və onlara qarşı ölümcül təhdidlər olduğunu müəyyən etdiklərini söyləyib.

Məlumatda təhlükəsizlik səbəbindən jurnalistlərin adları açıqlanmasa da, onları gecə-gündüz qoruma altında olduqları qeyd edilib.

“Teleqraf”ın məlumatına görə, Böyük Britaniyanın antiterror polisi və antiterror təhlükəsizlik təşkilatları İran rejimini illərdir “təhlükəli aktyor” kimi tanıyır və bu rejimin agentlərinin terror aktları həyata keçirməyə qadir olduqlarını bəyan ediblər. 

Timur

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar