SON XƏBƏRLƏR

SEPAH-a bağlı saytdan Azərbaycana qarşı təxribat: "“Hüseyniyyun” briqadasını Qasım Süleymani yaradıb"

2021.10.20, 07:36
SEPAH-a bağlı saytdan Azərbaycana qarşı təxribat: "“Hüseyniyyun” briqadasını Qasım Süleymani yaradıb"

Gunaz.tv

Yazıda Azərbaycan Respublikasının şiə vətəndaşlarından ibarət olan “Hüseyniyyun” briqadasının təsisçisi axund Tohid İbrahiminin “Fars” agentliyinə verdiyi müsahibəsinin mətni yer alıb.


Tohid İbrahimi verdiyi müsahibədə SEPAH-ın “Qüds” briqadasının keçmiş komandanı Qasım Süleymaninin təşəbbüsü və dəstəyi ilə “Hüseyniyyun” briqadasının yaranması prosesindən danışıb.


“2013-cü ildə bir qrup qeyrətli azərbaycanlı gənclər islami müqavimət cəbhəsinə qatılmaq üçün Suriyaya getməyə qərar verdilər.

Bizim isə hədəflərimizdən biri Azərbaycan Respublikasından bir qrup vəhabinin DAEŞ-ə və “əl-Nüsrə” kimi qruplara qoşulmaq üçün Suriya savaşına getməsinə cavab vermək idi. 


Bizim üçün əhalisinin əksəriyyətini şiələr təşkil edən Azərbaycan Respublikası kimi bir ölkədən 1500-ə yaxın vəhabinin Suriyaya getməsi çox ağır idi.

Halbuki biz şiələr əhalinin əksəriyyətini təşkil etdiyimiz halda bizdən heç kəs islami müqavimət cəbhəsinə qoşulmamışdı. Baxmayaraq ki, Azərbaycanda vəhabilərin sayı şiələrə nisbətən çox azdır.


Bu məsələ səbəb oldu ki, biz hacı Qasım Süleymaninin yardımı və dəstəyi ilə “Hüseyniyyun” briqadasını yarada bildik və bu briqada olanların islami müqavimət cəbhəsinə qoşulmasına start verildi. Briqadaya “Hüseyniyyun” adını da Qasım Süleymaninin özü verdi.


Biz təsis edildiyimiz ilk andan fəaliyyətimizi daha çox mədəni sahəyə yönəltdik. Çünki bu gün Azərbaycan Respublikasında gördüyümüz problemlərin bir çoxunun kökündə sionistlərin və regionun bir sıra ölkələrinin şeytani əməlləri durur ”, -deyə Tohid İbrahimi bildirib.


Axund Tohid İbrahimi İranın keçmiş prezidenti Əli Əkbər Haşimi-Rəfsəncani hökumətini də tənqid edib.

Onun fikirincə, Rəfsəncani iqtidarı Sovet İttifaqının dağılmasından sonra yenicə müstəqil olmuş Azərbaycan Respublikasında milli kimlik sahəsində yaranmış “boşluğu” vaxtında dərk etməyib və bu fürsətdən yararlana bilməyib.


“Sovetlər dağılanda Azərbaycan əhalisi sərhəddəki tikanlı məftilləri qırıb İran torpağını öpdülər. Sonrası bilirsiz necə oldu, biz təxminən 200 yüz ilə yaxın Çar Rusiyasının və Sovet İttifaqının hegemonluğu altında olduğumuz üçün kimlik baxımdan bir boşluqla üz-üzə qalmışdıq.


Aydın məsələdir ki, bu boşluğu bizimlə tarixi, mədəni və dini baxımdan ortaq cəhətləri olan İran doldurmalı idi. Lakin İranın o vaxt iş başında olan rəsmiləri düzgün mədəni bir iş aparmaq əvəzinə güclərini  Azərbaycana püstə və bu kimi mallar göndərməyə qoydular.

Bunun da nəticəsi o oldu ki, ölkənin dövlət idarələri Rusiya ilə Amerika arasında bölündü, universitetlər və ali təhsil və elm ocaqları Türkiyənin əlinə keçdi, İsraillilər isə ölkə mediasını ələ aldılar. Beləliklə də bütün fürsətlər İranın əlindən çıxdı.


Hesab edirəm ki, əgər biz o zaman mədəni baxımdan düzgün iş aparsaydıq, bu gün İsrail gəlib orda nüfuz edə, özü üçün baza yarada bilməzdi.

Əslində ölkə əhalisinin özü sionistlərin, vəhabilərin və sələfi qrupların Azərbaycana gəlib orada yerləşməsinə imkan verməzdilər”, -deyə SEPAH-a bağlı olan “Fars” agentliyində yayılan Azərbaycan Respublikasının şiə vətəndaşlarından ibarət olan “Hüseyniyyun” briqadasının təsisçisi axund Tohid İbrahiminin verdiyi müsahibəsində bildirilir.


A.M

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar