SON XƏBƏRLƏR

XİN Paşinyanın Zəngəzur dəhlizi ilə bağlı əsassız iddialarına cavab verib

2022.11.11, 06:30
XİN Paşinyanın Zəngəzur dəhlizi ilə bağlı əsassız iddialarına cavab verib

Gunaz.tv

"Zəngəzur dəhlizi ilə bağlı Ermənistan baş nazirinin üçtərəfli bəyanatın məlum müddəasının tamamilə yalnış təfsirinə və əsassız iddialarına gəldikdə qeyd edirik ki, Zəngəzur dəhlizi dedikdə Azərbaycan və ölkəmizin Naxçıvan Muxtar Respublikası arasında məhz tarixi əlaqənin bərpasından söhbət gedir və bu, sözügedən dəhlizin sülh və humanitar məqsədlər üçün istifadəsini nəzərdə tutur".

“Üçtərəfli bəyanata görə Ermənistanın Azərbaycanın qərb rayonları ilə Naxçıvan arasında maneəsiz əlaqəni açmaq öhdəliyi var. Burada söhbət eynilə Laçın dəhlizində olduğu kimi yolun hərbi deyil, yalnız insanlar, yük və nəqliyyat üçün istifadəsindən gedir. Bu əlaqənin təmin olunmasının iqtisadi və kommunikasiya baxımından əhəmiyyəti ilə yanaşı, onun humanitar əhəmiyyəti, bölgədə ənənəvi coğrafi əlaqənin bərpa olunması, beləliklə də bölgədə dayanıqlı sülhün təmin olunması üçün əhəmiyyəti danılmazdır”, - A.Hacızadə qeyd edib. (Report)

Timur

 

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar