SON XƏBƏRLƏR

Paşinyan KTMT-nin yekun Bəyannaməsini imzalamaqdan imtina edib

2022.11.24, 11:13
Paşinyan KTMT-nin yekun Bəyannaməsini imzalamaqdan imtina edib

Gunaz.tv

O, sammitdə çıxışı zamanı bəyan edib ki, Ermənistana yardım göstərilməsi ilə bağlı təqdim edilmiş bəyanat kifayət qədər dəqiq işlənib hazırlanmayıb və bu səbəbdən onu bu formada imzalamağa hazır deyil.

KTMT-nin Baş katibi Stanislav Zas da bildirib ki, Bəyannaməni razılaşdırmaq mümkün olmayıb. Onun sözlərinə görə, 2 sənəd qəbul edilməyib: “Ermənistana yardım göstərmək barədə sənəd bütövlükdə hazır olduğu etiraf olunsa da işlənməsinə ehtiyac var.

Bu sənədi işləyib hazırlamaq və dövlət başçılarının imzlaması üçün təqdim edilməsinə göstəriş verilib. Bəyannamə də həmin qaydada işlənəcək”-deyə Zas bildirib.

Ayxan

Açar Sözlər :

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar