SON XƏBƏRLƏR

XİN Laçının işğaldan azad olunmasının 1 ili ilə bağlı paylaşım edib

2021.12.01, 08:25
XİN Laçının işğaldan azad olunmasının 1 ili ilə bağlı paylaşım edib

Gunaz.tv

Paylaşımda deyilir:

“1 dekabr, 2020-ci il tarixində Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi altında rəşadətli Azərbaycan Ordusu Laçın rayonunda üçrəngli bayrağımızı ucaltdı”.

Xatırladaq ki, Azərbaycan Prezidenti İlham Əliyev, Rusiya Prezidenti Vladimir Putin və Ermənistanın Baş naziri Nikol Paşinyanın 2020-ci il noyabrın 10-da imzaladıqları bəyanata əsasən Laçın dekabrın 1-də Azərbaycana qaytarılıb. 

EB0aAKe.jpg

Düşmən Laçını 1992-ci il mayın 18-də Şuşa şəhərinin Turşsu deyilən ərazisindən və Ermənistan istiqamətindən hücuma keçərək işğal etmişdi. (report.az)

Ayxan

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar