SON XƏBƏRLƏR

ABŞ Azər­bay­can hö­ku­mə­tin­dən xa­hiş edib

2021.10.20, 07:36
ABŞ Azər­bay­can hö­ku­mə­tin­dən xa­hiş edib

Gunaz.tv
ABŞ Azər­bay­can hö­ku­mə­tin­dən xa­hiş edib 10180608.jpg Da­ha də­rin qat­lar­dan qaz ha­si­la­tı­na baş­la­nıl­sın Sti­ven Mənn: "Azər­bay­can və Türk­mə­nis­tan Trans­xə­zər kə­mə­ri ba­rə­də nə qə­dər tez ra­zı­lı­ğa gəl­sə, NA­BUC­CO qar­şı­sın­da bar­yer­lər bir o qə­dər tez ara­dan qal­xar" "ABŞ heç za­man Xə­zər­də ha­sil olan ma­vi ya­na­ca­ğın bir mo­le­ku­lu­nu be­lə al­ma­ya­caq, am­ma Ame­ri­ka­nın uzun­müd­dət­li si­ya­sə­ti Xə­zər re­gio­nu­nun ye­ni su­ve­ren­lik əl­də et­miş öl­kə­lə­ri­nin müs­tə­qil­li­yi­ni dəs­tək­lə­mək­dir". APA-nın mə­lu­ma­tı­na gö­rə, bu fi­kir­lə­ri "HGV.hu" say­tı­na mü­sa­hi­bə­sin­də ABŞ Döv­lət De­par­ta­men­ti­nin Av­ra­si­ya mə­sə­lə­lə­ri üz­rə bö­yük məs­lə­hət­çi­si Sti­ven Mənn de­yib. Onun söz­lə­ri­nə gö­rə, 90-cı il­lər­də re­gi­on hö­ku­mət­lə­ri öl­kə­lə­ri­nin "Qazp­rom" və "Trans­neft"dən ası­lı ol­duq­la­rı­nı qeyd edir­di­lər: "Həm­çi­nin qaz ABŞ-ın Av­ro­pa­da­kı tə­rəf­daş­la­rı üçün la­zım­dır. Ha­zır­da Na­buc­co la­yi­hə­si üzə­rin­də ak­tiv iş ge­dir, la­yi­hə­nin tex­ni­ki də­yər­lən­di­ril­mə­si, kon­sor­siu­mun üzv­lə­ri də­qiq­ləş­di­ri­lir. "Cə­nub axı­nı" la­yi­hə­sin­də isə bu iş­lər apa­rıl­mır. Ba­kı ar­tıq Tür­ki­yə­yə qaz ix­rac edir və pre­zi­dent Əli­yev Av­ro­pa­ya qaz nəql edi­lə­cə­yi­nə söz ve­rib. ABŞ bu öl­kə­lə­ri mak­si­mum qı­sa za­man­da Av­ro­pa­ya qaz nəq­li­nə baş­la­ma­ğa sti­mul­laş­dır­ma­ğa ça­lı­şır. Biz Azər­bay­ca­nın "Şah­də­niz" ya­ta­ğın­dan ikin­ci fa­za­da qaz ha­si­la­tı­nı ar­tır­ma­ğa ça­ğı­rı­rıq. Biz Azər­bay­can hö­ku­mə­tin­dən xa­hiş et­mi­şik ki, da­ha də­rin qat­lar­dan qaz ha­si­la­tı­na baş­la­sın". Sti­ven Mənn bil­di­rib ki, Azər­bay­can və Türk­mə­nis­tan Trans­xə­zər kə­mə­ri ilə bağ­lı nə qə­dər tez ra­zı­lı­ğa gəl­sə­lər, NA­BUC­CO la­yi­hə­si qar­şı­sın­da­kı bar­yer­lər bir o qə­dər tez aşıl­mış olar: "NA­BUC­CO la­yi­hə­si ilə bağ­lı po­zi­tiv as­pekt ki­mi Türk­mə­nis­ta­nın ye­ni pre­zi­den­ti­nin xa­ri­ci neft şir­kət­lə­ri­nin öl­kə əra­zi­sin­də iş­lə­mə­si­nə ica­zə ver­mə­si­ni gös­tər­mək olar. Bun­dan baş­qa NA­BUC­CO kə­mə­ri ilə İraq qa­zı­nı da ix­rac et­mək müm­kün­dür". Sti­ven Mənn öl­kə­si­nin İran­la ener­ji sa­hə­sin­də hər han­sı əmək­daş­lı­ğa qar­şı ol­du­ğu­nu de­yib: "Av­ro­pa İs­rai­li məhv et­mə­yə ça­ğı­ran, ter­ror­çu­lu­ğu dəs­tək­lə­yən və küt­lə­vi qır­ğın si­la­hı ha­zır­la­ma­ğa ça­lı­şan İran­la nə üçün əmək­daş­lıq et­mə­li­dir?"

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar