SON XƏBƏRLƏR

Naftali Bennet: “İrana qarşı sanksiyaların ləğvi terrorçuluğun genişlənməsinə səbəb olacaq”

2022.01.19, 11:59
Naftali Bennet: “İrana qarşı sanksiyaların ləğvi terrorçuluğun genişlənməsinə səbəb olacaq”

Gunaz.tv

Öz çıxışında İran İslam Respublikasını “terror ahtapotu” adlandıran Bennet deyib ki, Tehrana qarşı sanksiyaların yumşaldılması və ya ləğvi və bunun milyardlarla dollar pulun İran rejiminə verilməsi Qərbin görə biləcəyi ən pis iş və bu barədə ata biləcəyi ən səhv addımdır.

“İran İslam Respublikası Orta Şərqdə terrorizmin mənşəyi və mənbəyidir. Əmin olun ki, bu addımınızla heç nəyə nail ola bilməyəcəksiniz. 

Çünki İranın maliyyə baxımdan təmin edilməsi sadəcə olaraq, onun daha da güclənməsinə və ardınca regionda sabitliyin pozulmasına və terrorizmin daha genişlənməsinə gətirib çıxaracaq"-deyə, Bennet bildirib.

İranın Suriya, Livan, İraq və Yəməndəki dağıdıcı fəaliyyətlərini yada salan baş nazir bildirib ki, İslam Respublikasının terror Ahtapotu Tehranda oturaraq, onun bütün qolları regionun sabitliyini pozmağa çalışır.

"Unutmaq lazım deyil ki, İran İslam Respublikası ayaq basdığı hər yeri xarabaya çevirir, viran qoyur. 

Elə buna görə də hesab edirəm ki, İranala imzalana biləcək ən yaxşı bir razılaşma, onu nüvə silahı istehsal etməkdən əl çəkməyə vadar edən uzunmüddətli bir razılaşmadır”-İsrailin baş naziri Naftali Bennet bəyan edib.

A.M 

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar