SON XƏBƏRLƏR

Naftali Bennetdən xəbərdarlıq: “İsrail nüvə silahlı İrana qarşı lazım olan addımı atacaq”

2021.11.05, 12:05
Naftali Bennetdən xəbərdarlıq: “İsrail nüvə silahlı İrana qarşı lazım olan addımı atacaq”

Gunaz.tv

“Nüvə silahlı İrana qarşı ittifaq” adlı online şəkildə keçirilən illik konfransda çıxış edən Bennet deyib ki, İsrail nüvə silahına belə yiyələnən İran rejiminə qarşı lazım olanı edəcək, istənilən addımı atacaq.


“İranın nüvə silahlı bir ölkəyə çevrilməsi təqdirdə Türkiyə, Misir, Səudiyyə Ərəbistanı və bütün Orta Şərq ölkələri də nüvə silahına yiyələnəcəklər və buna çalışacaqlar, bu isə regiona və dünya sülhünə qarşı böyük bir təhdiddir. 


Lakin biz yorulmayacaq, ayaqdan düşməyəcəyik və yəhudi dövlətinin varlığı məsələsi gündəmə gələndə biz lazım və zəruri olan addımı atacağıq. 


İran dünyaya və İsrailin varlığına qarşı strateji bir təhdiddir, elə buna görə də hesab edirəm ki, biz Tehranın öz hədəfinə çatmasına imkan verməməliyik. Düşünürəm ki, İsrail və onun himayədarları öz təzyiqlərini İrna qarşı davam etdirməlidirlər.


Hesab edirəm ki, İsrail və onun müttəfiqi olan ölkələr İrana qarşı vahid bir cəbhə yaratmalı, onu gücləndirməli və birlikdə İran təhdidinin qarşısını almalıdırlar”, -deyə İsrailin baş naziri Naftali Bennet bildirib. 


A.M

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar