SON XƏBƏRLƏR

Zahidan zindanında etnik bəluç edam edilib

2022.10.19, 07:52
Zahidan zindanında etnik bəluç edam edilib

Gunaz.tv

İran İnsan Haqları Təşkilatının verdiyi məlumata görə, Sistan-Bəluçistan əyalətinin mərkəzi Zahidan şəhərinin zindanında daha bir etnik bəluç edam edilib.

Mürtəza Bərahuyi adlı müttəhimin budan öncə adam öldürməkdə günahlandırıldığı üçün dar aacından asılaraq həyatına son verildiyi bildirilib.

Bir neçə gün bundan öncə İran İnsan Haqları Təşkilatının yaydığı hesabata görə, 10 oktyabr 2021-ci ildən 7 oktyabr 2022-ci ilə kimi İranda 528 nəfər edam edilib və bu öncəki illə müqayisədə edam saylarının 98 faiz artdığını göstərir.

10 oktyabr Ümumdünya Ölüm Cəzasına Qarşı Mübarizə Günündə yayılan hesabatda İran zindanlarında minlərlə məhkumun edam cəzalarının icra olunacağını gözlədikləri qeyd olunub.

Timur

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar