SON XƏBƏRLƏR

Zahidan zindanında məhkum edam edilib

2022.05.07, 05:57
Zahidan zindanında məhkum edam edilib

Gunaz.tv

Qəfur Həsən Zehi adlı məhkumun 4 il bundan öncə narkotik maddələrin alverində ittiham olunaraq edama məhkum edildiyi bildirilir.

Bir neçə gün bundan öncə İran İnsan Haqları Təşkilatı və Fransanın "Edam cəzasına qarşı birgə" Təşkilatı İranda ölüm hökmlərinin artması ilə bağlı xəbərdarlıq edib.

Hesabatda 2021-ci ildə ən azı 333 nəfərin edam olunduğu barədə məlumatların təsdiq edildiy və bunun İbrahim Rəisinin hakimiyyətə gəlişindən öncəki ilə nisbətdə 25 faiz artdığı qeyd olunub.

Onlar İbrahim Rəisinin prezident seçilməsindən 2021-ci ilin ilk yarısı ilə ikinci yarısı arasında müqayisədə edam hökmlərinin iki dəfə artdığını vurğulayıblar.

Cavidan
 

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar