SON XƏBƏRLƏR

Zahidanda iki etnik bəluç edam edilib

2022.12.04, 13:41
Zahidanda iki etnik bəluç edam edilib

Gunaz.tv

İnsan haqları təşkilatlarının verdiyi məlumata görə, dekabrın 4-ü səhər saatlarında İranın Sistan və Bəluçistan əyalətinin mərkəzi Zahidan şəhərinin zindanında Qulam Rəsul Məzarzehi və Ənuşirəvan Ömərzehi adlı  iki etnik bəluç edam edilib.

Edam barədə İran məhkəmə sistemi və rəsmi dövlət mediası heç bir məlumat yaymayıb.

Qeyd edək ki, İran İnsan Hüquqları Təşkilatı 2021-ci il oktyabrın 10-dan 2022-ci il oktyabrın 7-dək ölkədə 528 nəfərin edam olunduğunu açıqlamışdı.

Cavidan

Açar Sözlər :

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar