SON XƏBƏRLƏR

Zahidanda öldürülənlərin sayı 95 nəfərə çatıb

2022.10.10, 04:41
Zahidanda öldürülənlərin sayı 95 nəfərə çatıb

Gunaz.tv

Bəluç Fəalları Kampaniyası öz “Telegram” kanalında sentyabrın 30-da Zahedan şəhərində keçirilən kütləvi etirazlarda həlak olanların sayının 95-ə yüksəldiyini açıqlayıb.

Sentyabrın 30-da İran təhlükəsizlik orqanlarının etnik bəluç nümayişçilərini güllələməsindən sonra  aralarında 12-16 yaş arası uşaqların da olduğu 95 nəfər ölüb, yaralıların sayı 300-ə çatıb.

Qeyd edək ki, sentyabrın 30-da “Zahedanın qanlı cüməsi” kimi tanınan çoxlu sayda etirazçının öldürülməsindən sonra hökumət tərəfindən Sistan və Bəluçestan əyalətində güclü təhlükəsizlik tədbirləri görülüb.

Timur

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar