SON XƏBƏRLƏR

Makıda ekoloji problem yaşanır

2021.12.15, 09:29
Makıda ekoloji problem yaşanır

Gunaz.tv

O, bildirib ki, problemlin yaranmasına səbəb Zəngimar çayının çirkləndirilməsidir. Səid Musəvi deyib ki, çaya kanalizasiya suları axıdılır. 

“Makı şəhəri və ətraf bölgələrin çirkli suları və kanalizasiya tullantıları Zəngimar çayına axıdılır. Bölgədə çirkab suların təmizləyici qurğularının olmaması səbəbindən ətarf mühitə xəsarətlər dəyir”-deyə, S.Musəvi mediaya verdiyi açıqlamada bildirib. 

Ətraf mühitin Mühafizəsi İdarəsinin sədr müavini uzun illər öncədən tikintisi nəzərdə tutulan təmizləyici qurğunun bu günə kimi hazır olmaması ucbatından Zəngimar çayı, Makı və bütün ətraf bölgələrin ekoloji problemlərlə üzləşdiyini qeyd edib. 

“Zəngimar çayı eyni halda Makı və ətrafda yerləşən 40 kəndin içməli su təminatında əsas qaynaq olduğu üçün, çayın çirkləndirilməsi bölgə əhalisinin sağlamlığına ciddi ziyan vurur”-deyə, Musəvi xəbərdarlıq edib. 

Onun sözlərinə görə, 2015-ci ildən tikintisi nəzərdə tutulan təmizləyici qurğu mərkəzi vəsait çatışmazlığı səbəbindən yarımçıq qalıb və bu günə kimi layihənin icrasında yalnız 37% irəliləyiş qeydə alınıb. 

Qeyd edək ki, bundan öncə bölgənin millət vəkili, ətraf mühit məsulları və yerli əhalinin problemlə bağlı dəfələrlə məsələ qaldırıb, əlaqədar qurumlara müraciət etmələrinə baxmayaraq, təmizləyici qurğu mərkəzinin inşasının başa çatdırılması üçün lazim olan büdcə hökumət tərəfindən ödənilməyib. 

C.E

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar