SON XƏBƏRLƏR

Pakistanın BMT-dəki nümayəndəsi: “Azərbaycanın mədəni layihələrinə töhfə verməyə hazırıq”

2022.05.07, 05:00
Pakistanın BMT-dəki nümayəndəsi: “Azərbaycanın mədəni layihələrinə töhfə verməyə hazırıq”

Gunaz.tv

Bu barədə mədəniyyət naziri Anar Kərimovla ABŞ-da keçirilən görüşdə Pakistanın BMT-dəki daimi nümayəndəsi Munir Əkrəm bildirib.

Görüşdə Azərbaycan və Pakistan arasında qarşılıqlı maraq doğuran bir sıra məsələlər, xüsusilə də mədəni əməkdaşlıq sahəsində müzakirələr aparılıb.

Nazir Azərbaycanda həyata keçirilən müxtəlif beynəlxalq layihələr və gələcək təşəbbüslər barədə M.Əkrəmə məlumat verib. A.Kərimov iki dost ölkə arasında mədəni irsin qorunması və təbliğinə xidmət edəcək sıx strateji əməkdaşlığın daha da gücləndirilməsinin zəruriliyini vurğulayıb və bu istiqamətdə əməkdaşlıq etmək arzusunda olduğunu bildirib.

M.Əkrəm öz növbəsində, Pakistanın Azərbaycanın təşəbbüsü ilə irəli sürülmüş “Mədəniyyət naminə sülh”(Peace4culture) təşəbbüsünü açıq şəkildə dəstəklədiyini və bu layihənin beşillik fəaliyyət planında fəal rol oynayacağını deyib. O, Pakistanın Azərbaycan ilə sıx dostluq əlaqələrinin daha da, gücləndirilməsi üçün bütün mədəni layihələrə töhfə verməyə hazır olduğunu bildirib. (report.az)

Ayxan

Açar Sözlər :

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar