SON XƏBƏRLƏR

"İran Rusiyanın Ukraynada “müharibə cinayətlərinin ortağı” kimi tanına bilər"-"Faks News"

2022.10.26, 05:26
"İran Rusiyanın Ukraynada “müharibə cinayətlərinin ortağı” kimi tanına bilər"-"Faks News"

Gunaz.tv

Mütəxəssislər "Faks News"-a bildiriblər ki, Ukraynada mülki əhalini və şəhər infrastrukturunu hədəf almaq üçün geniş şəkildə istifadə edilən kamikadze pilotsuz uçan aparatlar və ballistik raketləri Rusiyaya göndərdiyinə görə İran Rusiyanın "müharibə cinayətlərində tərəfdaşı" kimi tanınır və beynəlxalq məhkəmələrdə mühakimə olunmalıdır.

Rusiya son vaxtlar İran istehsalı olan silahlardan istifadə etməklə Ukraynanın mülki ərazilərinə hücumlarını artırıb. Bu yaxınlarda Rusiyanın Ukraynanın paytaxtı Kiyevə hücumu və bu ölkənin bir sıra mülki vətəndaşlarının həlak olması Rusiyanın bu davranışının son nümunəsidir.

Ekspertlərdən biri deyib ki, Tehran və Moskvanın təcavüzkar rejimləri onların zorakı xarici siyasətinə və imperialist ambisiyalarına qarşı beynəlxalq reaksiyaların artması və beynəlxalq müstəvidə təcrid olunduqları səbəbindən, Tehran və Moskva getdikcə bir-birindən daha çox asılı vəziyyətə düşüblər və onların hərbi əməkdaşlıqları daha da güclənib.

Başqa bir ekspert deyib ki, əgər İran qüvvələri pilotsuz uçan aparatları işə salıb onlara nəzarət edirsə və ya sadəcə onları ruslar üçün saxlayırsa, bu İranın döyüş qüvvələri hesab edilməsi kimi dəyərləndirilə bilər. Belə olan halda İran rejimini Ukrayna müharibəsinin tərəflərindən biri kimi təqdim etmək məntiqlidir.

Faks News-un yazdığına görə, indiyə qədər Qərb İran və Şimali Koreya rejimlərinin Ukrayna cəbhəsindəki müharibədə birbaşa iştirak etdiyini qəti açıqlamaqdan imtina edib, çünki belə bir açıqlama münaqişənin əsl miqyasını ortaya qoya və dünya üçün ciddi nəticələrə gətirib çıxaracaq.

Ekspertlərin fikrincə, bu baş verərsə, “Qərb Cəbhəsi” ilə “Şərq Cəbhəsi” arasında coğrafi sərhədləri aşaraq kiber və iqtisadi sahələr də daxil olmaqla genişmiqyaslı müharibənin yayılmasına səbəb olacaq.

Timur

Açar Sözlər :

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar