SON XƏBƏRLƏR

Vali Tehran komandasının hərəkətlərini qeyri-etik adlandırıb

2022.05.21, 08:10
Vali Tehran komandasının hərəkətlərini qeyri-etik adlandırıb

Gunaz.tv

Bu barədə Təbrizin "azərəncümən" xəbər saytı məlumat yayıb.

“Hakimlər heyəti, nəzarətçi və hakim oyunun davam etdirilməsini istədiyi halda rəqib komanda meydana çıxmaqdan imtina etdi”-deyə, vali Perpolis komandasının oyunu yarımçıq saxlamaqda maraqlı olduğunu deyib.

O, iddia olunanların əksinə laraq heç bir təhlükəli durumun yaranmadığını, dava düşmədiyini və iğtişaş törədilmədiyini, ümumi əmlaka ziyan vurulmadığını deyib və "Traxtur" tamaşaçılarının sakitcə stadionu tərk etdiklərini bildirib.

“İran Futbol Federasiyası və İdman Nazirliyinə müraciət edərək Traxtur əleyhinə bir tərəfli qərar verilməməsi üçün məsələni nəzarətdə saxlayırıq”-deyə, Rəzəvi Xurrəm qeyd edib.

Qeyd edək ki, mayın 19-da Təbrizin “Səhənd” (Yadiqari İmam) stadionunda "Traxtur" və Tehranın "Persepolis" komandaları arasında baş tutan qarşılaşma gərginlik yarandığı üçün yarımçıq dayandırılıb.

Tehran komandasının oyunçularının "Traxtur" tərəfdarlarına qarşı qeyri-etik davranışları oyunçular və stadiona toplaşanlar tərəfindən etirazlarla qarşılaşıb.

Cavidan 
 

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar