SON XƏBƏRLƏR

Təbrizdə ekoloji çirklənmənin əsas səbəbi açıqlandı: Vali müavinindən xəbərdarlıq

2021.11.19, 10:10
Təbrizdə ekoloji çirklənmənin əsas səbəbi açıqlandı: Vali müavinindən xəbərdarlıq

Gunaz.tv

“Havanın çirkləndirilməsi məsələlərinə Ətraf Mühitin Mühafizəsi İdarəsi nəzarət etməlidir.

Havanın çirklənməsində rolu olan bir çox müəssisələr buna görə heç bir rüsum ödəmədikləri halda hava çirkliliyinin aradan qaldırılması üçün qurquları quraşdırmaqdanda imtina edirlər”-deyə, vali müavini bildirib.

O, hava çirkliliyi səbəbindən iş yerləri və məktəblərin bağlanmasının yeganə çıxış yolu olmadığını, bununla yanaşı cəza tədbirlərinin tətbiq edilməsinin vacib olduğunu qeyd edib.

معاون استاندار آذربایجان شرقی: نگاه غلط به توسعه بحران زاست - ایرنا

Şərqi Azərbaycan əyalətinin Ətraf Mühitin Mühafizəsi İdarəsinin başçısı Həsən Abbasnejad da problemlə bağlı çıxış edib. O, bildirib ki, Təbrizdə havanın çirkliliyinin əsas səbəbi istilik elektrik stansiyasında mazutdan istifadədir.

“Son iki ayda Təbrizin havasında kükürd oksidlərinin konsentrasiyası ilin ilk 6 ayı ilə müqayisədə demək olar ki, iki dəfə artıb”-deyə, Abbasnejad şəhər əhalisinin sağlamlığının təhlükədə olduğunu söyləyib.

Qeyd edək ki, Təbrizin istilik elektrik stansiyasında mazutdan istifadə şəhərin havasının çirklənməsində əsas amil hesab edilir.
Bununla bağlı bir neçə millət vəkili, əyalətin Ətraf Mühitin Mühafizəsi İdarəsinin başçısı və ətraf mühit fəalları dəfələrlə məsələ qaldırıblar.

İran Milli Qaz Şirkəti Şərqi Azərbaycan əyalətində mövcud olan istilik elektrik stansiyalarına qaz verilişini dayandırdığı üçün stansiyalarda mazutdan istifadə olunur. 

C.E 

 

حسن عباس نژاد به عنوان مدیرکل حفاظت محیط زیست استان زنجان منصوب شد

Həsən Abbasnəjad
 

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar