SON XƏBƏRLƏR

Taliban nümayəndələri Tehrana səfər edib

2023.03.14, 14:01
Taliban nümayəndələri Tehrana səfər edib

Gunaz.tv

Bu barədə məlumat verən Əfqanistan mediası nümayəndə heyətinə Taliban hökumətinin Miqrasiya Nazirliyinin daxili müfəttişliyinin rəhbəri Məhəmmədcan Xədərxilinin başçılıq etdiyini yazıb.

Onlar İranda yaşayan əfqan miqrantların və İran həbsxanalarında olan Əfqanistan vətəndaşlarının problemlərini araşdırmaq üçün tehrana səfər ediblər.

Qeyd edək ki, fevralın 24-də Taliban hökumətinin baş prokuroru Şəmsəddin Şəriəti İrana səfər etmişdi.

Hazırda İran həbsxanalarında minlərlə əfqanistanlı saxlanılır və son aylar İran hökumətinin əfqanıstanlı qaçqınlara qarşı qeyri-insani davranışlarını əks etdirən çox sayda video və xəbərlər yayılıb.

İran rəsmilərinin bunu təkzib etmələrinə baxmayaraq, qaçqınlara qarşı ədalətsiz və aşağılayıcı hərəkətlər bu ölkə ilə Taliban hakimiyyəti arasında münasibətlərin gərginləşməsinə səbəb olub. 

Günaz.TV

Açar Sözlər :

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar