SON XƏBƏRLƏR

Taliban qüvvələri 5 İran hərbçisini əsir götürdü-VİDEO

2022.04.26, 12:23
Taliban qüvvələri 5 İran hərbçisini əsir götürdü-VİDEO

Gunaz.tv

Bu üzdən hər iki tərəfdən hərbi qüvvələr hazır vəziyyətə gətirilib.

Gərginliyin İran sərhəd-patrul maşınının Əfqanıstana daxil olmasından sonra yarandığı və İslam Qala sərhədinin hazırda bağlı olduğu bildirilir.

Yerli qaynaqları sosial mediada paylaşdığı məlumat və görüntülərə görə, qarşıdurma zamanı İran İnqilab Keşikçiləri Korpusunun 5 üzvü Taliban qüvvələri tərəfindən əsir götürülüb.

"Sepah" məmurlarının Taliban qüvvələri tərəfindən əsir götürülməsi barədə BBC radiosunun fars bölümüdə məlumat yayıb.

Bununla yanaşı İrana məxsus yük maşınlarının Doğaruq sərhəd keçid məntəqəsindən İrana geri döndükləri və bölgədə hərbi vəziyyətin hökm sürdüyü qeyd olunur.

İran Xarici İşlər Nazirliyinin sözçüsü Səid Xətibzadə İran-Əfqanıstan sərhədində yaranmış gərginliklə bağlı deyib ki, belə bir gərginliyin yenidən təkrarlanması ciddi narahatlıq doğurur.

Timur
 

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar