SON XƏBƏRLƏR

Almaniya hökuməti İran təhlükəsizlik qüvvələrinin dinc etirazçılara qarşı zorakılığını kəskin pisləyib

2021.10.20, 07:36
Almaniya hökuməti İran təhlükəsizlik qüvvələrinin dinc etirazçılara qarşı zorakılığını kəskin pisləyib

Gunaz.tv

GünazTV: Almaniyanın Xarici İşlər Nazirliyi bəyanat yayaraq, İran təhlükəsizlik qüvvələrinin dinc etirazçılara qarşı zorakılığını kəskin pisləyib.

 

Almaniyanın Xarici İşlər Nazirliyinin sözçülərindən biri noyabrın 21-də jurnalistlərə açıqlamasında deyib ki, İran rejimi öz xalqının dinc aksiya keçirmək hüququnu tanımalı, ona riayət etməlidir: “Biz, İranda 100-dən çox insanın rejim qüvvələri tərəfindən öldürülməsi ilə bağlı yayılan xəbərlərdən şoka düşmüşük. Biz, İran təhlükəsizlik qüvvələrinin bu qeyri adi əməlini qınayır, kəskin pisləyirik. Hesab edirik ki, insanların dinc etiraz bildirmək hüququna riayət olunmalıdır” –deyə Almaniya Xarici İşlər Nazirliyinin sözçüsü bəyan edib.

 

Xatırladaq ki, noyabrın 15-dən başlayaraq, İranda hökumətin benzinin qiymətini üç dəfə artırmasına qarşı keçirilən kütləvi etirazlar və səsləndirilən şüarlar qısa zaman içində molla rejiminə qarşı yönəlib. Hazırda etirazlar qismən səngisə də, bəzi şəhər və bölgələrdə xalq üsyanı davam edir. Ölkənin 137 şəhərində keçirilən dinc etirazlarda rejim qüvvələrinin dinc etirazçılara qarşı göstərdiyi misili görünməmiş vəhşilik və qəddarlıq dünya ictimaiyyətinin təəccübünə səbəb olub. Belə ki, hökumət, “Sepah”, “Bəsic” və mülki geyimli təhlükəsizlik qüvvələrinin etirazçılara qarşı açdığı birbaşa atəşi nəticəsində 251 nəfərdən çox insan qətlə yetirilib, 3700 aksiyaçı yaralanıb, Tehranda və digər şəhərlərdə 7 mindən çox etirazçı polis və mülki geyimli təhlükəsizlik qüvvələri tərəfindən həbs edilib.

 

 

Etirazlar zamanı həmçinin ən azı 7 “Sepah” və “Bəsic” muzdlusu həlak olub, cəhalət və xurafat mərkəzi olan 15-ə yaxın dini mədrəsə (mollaxana) etirazçılar tərəfindən yandırılıb. Molla rejiminin repressiya maşınını işə salmasına baxmayaraq, etirazlar davam edir.

 

 

 

 

A.M

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar