SON XƏBƏRLƏR

Almaniyanın “Krempel” şirkəti İrana raket hissəcilərinin satışını dayandırıb

2021.10.20, 07:36
Almaniyanın “Krempel” şirkəti İrana raket hissəcilərinin satışını dayandırıb

Gunaz.tv

GünAzTV: Almaniyanın “Krempel” şirkəti dekabrın 27-də bəyanat yayaraq, İrana raket hissəciklərinin və onun avadanlıqlarının İrana satışını dayandırdığını açıqlayıb.

 

“Krempel” şirkətinin sözçüsü Rayner Vesterman (Rainer Westerman) jurnalistlərə açıqlamasında bildirib ki, bu şirkət neçə ay əvvəldən Tehranla əməkdaşlığına son qoyaraq, İrana texniki avadanlıqların satışını dayandırıb.

 

Almaniya şirkətinin məsələ ilə bağlı yaydığı bəyanatında bildirilir ki, onun İrana satdığı avadanlıqlardan raket istehsalında və Suriyada Bəşər Əsəd rejimi tərəfdarı olan İran qüvvələri tərəfindən dinc əhaliyə, o cümlədən də uşaqlara qarşı kimyəvi hücumlarda istifadə edilib.

 

 

A.M

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar