SON XƏBƏRLƏR

Xameneyinin müşaviri Rusiya ilə münasibətlərindən danışıb

2023.01.05, 17:25
Xameneyinin müşaviri Rusiya ilə münasibətlərindən danışıb

Gunaz.tv

Vilayəti bunu Tehranda Rusiya Dövlət Dumasının keçmiş deputatı Sergey Baburinlə görüşündə deyib.

“İran və Rusiya münasibətləri hazırda ən yaxşı səviyyədədir və bu inkişaf etməkdədir. Rusiya sanksiyaların neytrallaşdırılması məsələsində İranın təcrübəsindən istifadə edə bilər”,-deyə, o, bildirib.

Qeyd edək ki, Əliəkbər Vilayəti bir müddət bundan öncə verdiyi müsahibəsində də, Rusiya və Çini İran xalqının ən yaxın dostları adlandırmışdı.

O, keçmiş Sovetlər Birliyinin rəhbərliyinin allahsız olduqlarını, ancaq Vladimir Putinin onlardan fərqli olaraq mənəviyyatlı şəxsiyyət olduğunu iddia edib.

Timur

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar