SON XƏBƏRLƏR

Amerika husilərə İrana məxsus raket hissələri daşıyan qayığı saxlayıb

2021.10.20, 07:36
Amerika husilərə İrana məxsus raket hissələri daşıyan qayığı saxlayıb

Gunaz.tv

GünAz TV: Amerika Birləşmiş Ştatları Ərəbistan dənizində husilərə İrana məxsus raket hissələri daşıyan qayığı saxlayıblar.

 

“Associated Press” agentliyinin adlarının açıqlanmasını istəməyən amerikalı rəsmilərə istinadən yaydığı məlumata əsasən, qayıq ötən gecə ABŞ Hərbi Dəniz Qüvvələrinin bölgədə fəaliyyət göstərən gəmisi tərəfindən saxlanılıb.

 

Qayıqdan İrana məxsus mütərəqqi raketlərə aid çoxlu sayda hissələr aşkar edilərək götürülüb. Amerikalı rəsmilər bildiriblər ki, bu, İranın husilərə göndərdiyi bu qədər böyük miqdarda hərbi ləvazimatın qarşısının alınması ilə bağlı ilk faktdır. Daha öncələr saxlanılan gəmilərdə tapılan silah-sursatın miqdarı bu dəfəkinə nisbətən çox az olub.

 

Amerikalı rəsmilər sonda qeyd ediblər ki, bu fakt İranın beynəlxalq prinsip və qanunların əksinə olaraq, hələ də husilərə hərbi yardım etdiyini göstərir.

 

Qeyd etmək lazımdır ki, İran Yəməndə vətəndaş müharibəsinin başlanmasından sonra husilərə hərbi, maddi və siyasi yardım göstərir.

 

Ə.A

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar