SON XƏBƏRLƏR

Amerika İrana qarşı silah embarqosunun daimi uzadılması üçün hazırladığı qətnamə layihəsini bəzi TŞ üzvlərinə təqdim edib

2021.10.20, 07:36
Amerika İrana qarşı silah embarqosunun daimi uzadılması üçün hazırladığı qətnamə layihəsini bəzi TŞ üzvlərinə təqdim edib

Gunaz.tv

GünAz TV: Amerika Birləşmiş Ştatları İrana qarşı qəbul edilmiş silah embarqosunun naməhdud müddətə uzadılması üçün hazırladığı qətnamə layihəsini Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasının bəzi üzvlərinə təqdim edib.

 

"Associated press" agentliyinin adlarını açıqlamadığı amerikalı rəsmilərə istinadən yaydığı xəbərə görə, rəsmi Vaşinqton qətnaməni may ayında- yəni ABŞ-ın yaxın müttəfiqi və NATO üzvü olan Estoniyanın TŞ-nın dövri rəhbəri olacağı ay səsverməyə çıxarmaq istəyir.

 

Həmin rəsmilər "Associated press"ə bildiriblər ki, Atom Enerjisi Agentliyinin yaydığı hesabatda artıq İranın nüvə razılaşmasının bir neçə müddəasına əməl etmədiyini nəzərə alaraq, ABŞ hökuməti sözügedən sanksiyaların davam etməsinin zəruri olduğuna inanır.

 

Qeyd etmək lazımdır ki, BMT Təhlükəsizlik Şurasının 2015-ci ildə İranla 5+1 ölkələri arasında imzalanmış nüvə razılaşmasına əlavə olaraq qəbul etdiyi 2231 saylı qətnamə 5 il müddətində dünya ölkələrinə İranla silah ticarətini qadağan edir. Bu sanksiya İranın nüvə proqramının dinc olduğu sübuta yetirildiyi təqdirdə, cari ilin oktyabr ayının 18-də sona çatacaq.

 

İranın uzun müddətdir ləğv edilməsinə çalışdığı silah embarqosu nüvə razılaşmasının müddəaları arasında salınmamışdı. Lakin TŞ İranı razılaşmada üzərinə götürdüyü öhdəliklərə sadiq qalmaq üçün həmin sanksiyaların ləğv tarixini qeyd edilən əlavəyə daxil etmişdi.

 

Ə.A

 

 

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar