SON XƏBƏRLƏR

Amerika Məhəmmədcavad Zərifə sanksiya qoyub

2021.10.20, 07:36
Amerika Məhəmmədcavad Zərifə sanksiya qoyub

Gunaz.tv

GünazTV: Amerika Maliyyə Nazirliyi iyulun 31-də bəyanat yayaraq, İranın xarici işlər naziri Məhəmmədcavad Zərifə sanksiya qoyduğunu bildirib.

 

Nazirliyin bəyanatında bildirilir ki, Zərifə sanksiya, prezident Donald Trampın 24 iyunda imzaladığı 13876 saylı fərmanına əsasən tətbiq edilir. Həmin fərmana əsasən İranın dini lideri Əli Xamneyiyə, onunla əlaqədə olan digər şəxslərə, o cümlədən də bəzi “Sepah” komandirlərinə sanksiya qoyulub.

 

Amerikanın maliyyə naziri Stiven Mnuçin yaydığı bəyanatda deyib ki, Məhəmmədcavad Zərif istər birbaşa, istərsə də dolayısı yolla İranın dini lideri Əli Xamneyiyə işləyir, onu təmsil edir və onun düşünülməmiş əmr və göstərişlərini yerinə yetirir: “Zərif İran İslam Respublikası liderinin siyasətlərini icra edir. O bütün dünyada İran hakimiyyətinin sözçüsü sayılır. Amerika Birləşmiş Ştatları bununla da İran rejiminə açıq və şəffaf bir mesaj göndərir. Mesaj da bundan ibarətdir ki, İran hakimiyyətinin regionda sərgilədiyi son rəftar və əməlləri qəbuledilməzdir.

 

İran rejimi öz vətəndaşlarının sosial şəbəkələrdən istifadə etməsini məhdudlaşdırdığı bir vaxtda, Məhəmmədcavad Zərif həmin ictimai şəbəkələrdən və mediadan istifadə edərək propaqanda aparmaqla və bu rejimin yalan təbliğat və iftiralarını yaymaqla məşğuldur.

 

Bundan başqa, Zərif elə bir Xarici İşlər Nazirliyinin rəhbəridir ki, o bütün fəaliyyətini İran rejiminin ən şər qurumlarından olan “Sepah”ın “Qüds” qanadı qüvvələri ilə koordinasiya edir” –deyə Stiven Mnuçin bəyan edib.

 

Amerika Maliyyə Nazirliyi

 

Xatırladaq ki, ABŞ prezidenti Donald Tramp iyunun 24-də “Sepah”-ın ABŞ-a məxsus pilotsuz uçan aparatı vurmasına cavab olaraq, İrana qarşı yeni sanksiyaların tətbiq edilməsi ilə bağlı fərman imzalayıb. Fərmana əsasən, yeni sanksiyalar Xamneyinin özünə, onun işçilərinə və yaxın ətrafına şamil edilib, onlara axan maliyyə vəsaitlərinin qarşısını alıb Yeni sanksiyalara həmçinin “Sepah” terror təşkilatının 8 komandanı da tuş gəlib.

 

 

 A.M

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar