SON XƏBƏRLƏR

Amerika məhkəməsi İranın “Grace 1” neft tankerinin yenidən saxlanmasına qərar verib

2021.10.20, 07:36
Amerika məhkəməsi İranın “Grace 1” neft tankerinin yenidən saxlanmasına qərar verib

Gunaz.tv

GünazTV: Ay yarımdır Cəbəllüttariqdə saxlanılan İranın “Grace 1” adlı neft tankerinin azad edilməsindən bir gün sonra Amerika məhkəməsi terrorizmə yardımda günahlandırılan gəminin yenidən saxlanmasına qərar verib.

 

Bu barədə, Amerikanın Maliyyə Nazirliyi avqustun 16-da bəyanat yayıb. Bildirilir ki, Amerika Birləşmiş Ştatları hökumətinin şikayətindən sonra Kolombiya məntəqəsinin baş prokuroru Cessi Lyu 2 milyon barel neft daşıyan tankerin yenidən saxlanmasına qərar verib.

 

Baş prokuror xanım Cessi Lyu bildirib ki, terrorizmə dəstəkdə günahlandırılan İranın “Grace 1” neft tankeri “Sepah”la əlaqədə olaraq, həm də milyonlarla dollar çirkli pulların yuyulması kimi işlərdə təqsirli bilinir.

 

6 həftə Cəbəlüttariqdə saxlanılan İrana məxsus “Grace 1” adlı neft tankeri avqustun 15-də azad edilib. Cəbəlüttariqin “Chronicle” qəzetinin yazdığına görə, İran tərəfi neft tankerinin Suriyaya doğru istiqamət götürməyəcəyi barədə üzərinə öhdəlik götürdükdən sonra tanker azad edilib.  Bu qərar Amerikanın etirazı ilə qarşılanıb. 

 

 Xatırladaq ki, iyulun 3-də Böyük Britaniyanın Hərbi Dəniz Qüvvələri və Cəbəllüttariq rəsmiləri İranın qanunsuz olaraq Suriyaya neft daşıyan “Grace 1” adlı gəmisini saxladıqları barədə məlumat yayıblar.

 

 

İyulun 19-da isə “Sepah” terror təşkilatının körfəzdəki sürət qayıqları cavab tədbiri olaraq, Hörmüz boğazında üzən  Britanıyaya məxsus “Stena İmpero” adlı tankeri saxlayıblar. “Sepah”, Britaniya tankerini beynəlxalq dənizçilik qanunlarını pozduğuna görə saxladığını bəyan edib.

 

 

A.M

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar