SON XƏBƏRLƏR

Amerika “Sepah”ın “Qüds” briqadasına qarşı yeni sanksiyalar tətbiq edib. Sanksiyalar 16 şirkətə, 10 şəxsə və 11 gəmiyə şamil edilir

2021.10.20, 07:36
Amerika “Sepah”ın “Qüds” briqadasına qarşı yeni sanksiyalar tətbiq edib. Sanksiyalar 16 şirkətə, 10 şəxsə və 11 gəmiyə şamil edilir

Gunaz.tv

GünazTV: Amerikanın Maliyyə Nazirliyi sentyabrın 4-də bəyanat yayaraq, “Sepah”ın “Qüds” briqadasının rəhbərliyi atında fəaliyyət göstərən gizli neft nəqli və satışı şəbəkəsinə yardım edən 16 şirkətə, 10 həqiqi şəxsə və 11 neft gəmisinə sanksiya qoyduğunu bildirib.

 

Amerika Dövlət Departamentinin İran üzrə Xüsusi İşçi Qrupunun rəhbəri Brayan Huk sentyabrın 3-də jurnalistlərə açıqlamasında sanksiyaya məruz qalan şəbəkəni “Terrorizmin xidmətində olan neft şəbəkəsi” adlandıraraq məsələyə münasibət bildirib: “Bu beynəlxalq neft nəqliyyatı şəbəkəsi son aylar 10 milyon barel neft yerbəyer edərək, gizli yollarla onun satışı ilə məşğul olub” –deyə Brayan Huk əlavə edib.

 

Huk həmçinin bildirib ki, Amerika hökuməti “Sepah”ın, o cümlədən də onun “Qüds” briqadasının maliyyə sisteminin məhvinə yardım edə biləcək hər hansı bir məlumat qarşılığında 15 milyon dollar mükafat təyin edib. Bildirilir ki, bu barədə Amerika hökumətinə məlumat verən hər hansı bir şəxsə 15 milyon dollar mükafat verilməklə yanaşı, həm də onun kimliliyinin gizli saxlanılması 100 % təmin ediləcək və həmin şəxs və ya şəxslərin daha dinc və təhlükəsiz bir ölkəyə köçürülməsinə yardım göstəriləcək.

 

Amerikanın barəsində sanksiya qoyduğu həqiqi şəxslərdən biri İranın keçmiş neft naziri Rüstəm Qasimi və onun oğludur. Barəsində sanksiya tətbiq edilən digər şəxslər bunlardır: Məhəmmədrza Əkbəri, Şəmsullah Əsədi, Mahmud Əştəri, Murtuza Qasimi, Zəfər Enis (Birləşmiş Ərəb Əmirliklərinin vətəndaşıdır), Əli Qədir, Məhəmmədəli Zəhir (Hindistan vətəndaşıdır), Əli Qəsir (Livan vətəndaşıdır).

 

ABŞ Maliyyə Nazirliyinin sanksiyasına məruz qalan şirkətlər isə bunlardır: “Afriko” şirkəti (Livan), “Alomiks” alüminium istehsal şirkəti (Livan), Buşra Gəmiçilik Şirkəti (Hindistan), “5 enerji” Neft Şirkəti (BƏƏ), “14 Ulduz” neft Şirkəti, (BƏƏ), “Həmrahan Pişro” Şirkəti (İran), “Hokolsal” Dəniz Şirkəti (Livan), “Mehdi Qrupu” Şirkəti (Hindistan), Kiş Sığorta Şirkəti (İran), Mehdi Gəmiçilik Şirkəti (Sinqapur), Nəğəm Əl-Həyat Şirkəti (Suriya), Penta Oqyanus Şirkəti (BƏƏ), Təlaqi Şirkəti (Suriya), Təvafüq Şirkəti (Suriya), Vania Gəmiçilik Şirkəti (Hindistan) və s.

 

Barəsində sanksiya qoyulmuş neft gəmilərdən 6-sının adları bunlardır: Bonita Kuin, Jasmin, Sarak, Subar, Sulan, Tur 2.

 

 

A.M

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar