SON XƏBƏRLƏR

Amerikalı senatordan rəsmi Tehrana sərt cavab: “İranı yalnız iki həmlə ilə məğlub edərik”

2021.10.20, 07:36
Amerikalı senatordan rəsmi Tehrana sərt cavab: “İranı yalnız iki həmlə ilə məğlub edərik”

Gunaz.tv

GünAz TV: Amerikalı respublikaçı senator Tom Kotton iranlı rəsmilər və axundların son günlər səsləndirdikləri gülməli bəyanatlara sərt cavab verib.

 

O, ölkəsinin hərbi qüdrətindən əmin olduğunu və əgər müharibə olarsa, İranı yalnız iki hücumla məğlubiyyətə uğrada biləcəklərini deyib.

 

Kotton İranla mümkün müharibəni dəstəkləmədiyini desə də, amma qeyd edib ki, İran ABŞ qüvvələrinə hücum etdiyi təqdirdə, öz aqibəti ilə barışmalı olacağını bildirib.

 

“Mən İrana qarşı hərbi variantı dəstəkləməsəm də, amma İran ABŞ-a hücum etsə, böyük yanlışa yol vermiş olacaq və qarşılığında sərt cavab alacaq”- deyə senator əlavə edib.

 

Kottonun sözlərinə görə, müharibə başlasa, ABŞ iki hucumla qələbə çalacaq. Bu müharibə iki mərhələdən ibarət olacaq- başlanğıc və son, digər mərhələlərə ehtiyac qalmayacaq.

 

Qeyd etmək lazımdır ki, son həftələr ərzində rəsmi Vaşinqtonla Tehran arasında münasibətlər son dərəcə kəskinləşib. ABŞ İran təhdidlərinə açıq mesaj vermək üçün körfəzə “USS Abraham Linkoln” təyyarə daşıyan gəmisi, B-52 strateji bombardımançılar və Partiot zenit-raket kompleksi göndərib.

 

Amerikanın regiona təyyarə və gəmi göndərməyinə iranlı rəsmilər və axundlar gülməli reaksiyalar vermişdilər. Eləcə də, “İslam Respublikası Xəbər Agentliyi- İRNA”da dərc edilən məqalə isə İranın Amerikanın əməli addımları qarşısında hərbi münaqişəyə girmək niyyətində olduğunu deyil, geri çəkildiyini nümayiş etdirmişdi. Sözügedən məqalədə İranın ABŞ-ın regiona Abraham Linkoln təyyarə daşıyan gəmi göndərməsi qarşısında “sülh və təhlükəsizliyə dayanaraq, beynəlxalq prinsiplər əsasında davranacağı” qeyd edilmişdi.

 

Digər tərəfdən, cari həftədə Birləşmiş Ərəb Əmirlikləri yaxınlığında, “Əl-Füceyrə” limanında 4 ticari gəmiyə və bir neçə gün sonra Səudiyyə Ərəbistanının neft kəmərinə edilən hücumlar regiondakı mövcud gərginliyi daha da artırıb. Rəsmi Abu-Dabi, Riyad və Vaşinqton İranın bu hücumlarda əli olduğunu bildirirlər.

 

Ə.A

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar